"Barselona"nın futbolçusu "İnter"ə keçir

Yay "transfer pəncərəsi"ndə heyətini gücləndirmək istəyən "İnter"in ilk hədəfi "Barselona"nın müdafiəçisi Lyuka Dindir.

Metbuat.az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, "neradzurrilər" keçidi reallaşdırmağa yaxındır. "Barselona" Jordi Alba ilə rəqabətə girməkdə çətinlik çəkən fransız futbolçunu satmaq niyyətindədir.

Məlumata görə, Din artıq "İnter"in transfer məsələləri üzrə məsləhətçisi Valter Sabatiniyə razılıq verib. Müdafiəçi yeni iş yerində daha çox oyun təcrübəsi qazanacağına inanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR