Etirazçılar iki nazirliyin binasına od vurdu

Etirazçılar iki nazirliyin binasına od vurdu
01:34 25 May 2017
153 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyanın paytaxtında etirazçılar maliyyə nazirliyinin binasını yandırıblar.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl ölkənin kənd təsərrüfatı nazirliyinin binasına od vurulub.

 

Braziliya hökuməti dövlət təşkilatları əməkdaşlarının təcili təxliyə olunması barədə qərar qəbul edib.

 

Braziliyanın paytaxtında prezident Mişel Temerə qarşı etiraz aksiyaları davam edir. Etirazçılar dövlət başçısının istefasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Müxtəlif məlumatlara görə, nümayiş və etiraz aksiyalarında 150 mindən çox insan iştirak edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR