Mançester terrorçusunun atası saxlanıldı

İngiltərənin Mançester şəhərində yerləşən "Mançester Arena"da, məşhur amerikalı müğənni Ariana Qrandenin konserti zamanı partlayış törədən Salman Abedinin atası saxlanılıb.

Metbuat.az-ın məlumatına görə, Ramadan Abedi Liviyada televiziya kanalına müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb.

Sözügedən şəxsin Liviyada islam terror qruplaşmaları ilə əlaqələrinin olduğu təxmin edilir.

Qeyd edək ki, Mançesterdə törədilmiş terror aktı nəticəsində 22 nəfər ölüb, 100-dən çox yaralı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR