Dövlət proqramı çərçivəsində xaricdə oxuyanlara dövlət yeni imkanlar açır. Söhbət onların dövlət qulluğuna qəbulundan gedir. Onların dövlət qulluqçusu olmaları üçün test imtahanı və müsahibə mərhələsinə ehtiyac olmayacaq. Bunun üçün "dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilir.
Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların dövlət qulluqçusu olmaq şansları artırılır. Bununla bağlı Dövlət qulluğu haqqında qanuna dəyişikliklər edilir.
Bu zaman bir sıra amillər nəzərə alınacaq. Belə ki, həmin şəxsin məhkumluğu və iş üçün müraciət edilən qurumun rəhbəri yaxın qohumluq əlaqələri olmamalıdır. Vakant yerə müraciətdən sonra həmin şəxs 6 ay ərzində əmək müqaviləsi ilə təcrübəçi kimi fəaliyyət göstərəcək.
Millət vəkili Tahir Kərimli deyir ki, 1 vakant yerə müraciət edənlər bir neçə nəfər olarsa, hansının işə qəbul edilməsi, idarə rəhbərinin verdiyi qərardan asılı olacaq. Bu zaman həmin şəxslərin sınaq müddətində gördükləri işin keyfiyyəti nəzərə alınacaq.
"Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklər milli məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı ətraflı videomaterialı təqdim edirik: