Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər

Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər
02:27 25 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ OPEC-ə daxil olan və olmayan neft ölkələrinin nümayəndələri cümə axşamı Vyanada neft hasilatının azaldılmasına dair sazişin fəaliyyət müddətinin daha 9 ay – 1 aprel 2018-ci il tarixinə qədər uzadılması barədə tövsiyəni müzakirə edəcəklər.
"Report" xəbər verir ki, bununla belə, neft hasilatının azaldılması həcminin olduğu kimi saxlanılması nəzərdə tutulur.
Müvafiq tövsiyəni mayın 24-də Sazişin İcrasının Monitorinqi üzrə Nazirlər Komitəsi qəbul edib. Bu komitə, həmçinin hasilatın azaldılması üzrə öhdəliklərin icra dərəcəsini də qiymətləndirib. Belə ki, OPEC-ə üzv olan və olmayan neft ölkələri tərəfindən hasilatın azaldılmasına dair sazişin yerinə yetirilməsi səviyyəsi aprel ayında 102 faiz təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-hasil-eden-olkeler-vyana-sazisinin-uzadilmasini-muzakire-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR