ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli əraziyə yaxınlaşıb

ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli əraziyə yaxınlaşıb
04:47 25 May 2017
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizində yerləşən Spartli arxipelaqında Çinin tutduğu Misçif rifinə 12 dəniz milindən çox yaxınlaşıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Hazırda bu rif Çin, Vyetnam, Tayvan və Filippin arasında mübahisə mövzusudur.
Mənbələrin məlumatına görə, gəmi bu mübahisəli ərazi ilə bağlı Vaşinqtonun mövqeyini nümayiş etdirmək üçün prezident Donald Trampın tapşırığına əsasən adaya yaxınlaşıb.
2015-ci ilədək Misçif su altında olub, lakin Çin onu su üzərinə "çıxardaraq" üzərində hərbi baza inşa edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-herbi-gemisi-cenubi-cin-denizindeki-mubahiseli-eraziye-yaxinlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR