Dubayda robot polis işə salınacaq

Dubayda robot polis işə salınacaq
07:12 25 May 2017
136 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Robocop" adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda "Arabian Business" nəşri məlumat verib.

Məlumata görə, robotun hündürlüyü 170 sm, çəkisi 100 kq-dır. Robot emosiyaları müəyyənləşdirən detektorla təchiz edilib və insanlarda sifət ifadələrini və jestləri 1,5 metrədək məsafədən "tanıyır". Beləliklə, robot insanlarla əlaqə yarada və qanun pozanları aşkar edə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, robot ona qurulmuş daxili naviqator sayəsində ərazidə hərəkət edir, ərəb və ingilis dilləri daxil olmaqla 6 dildə danışır. Vətəndaşlar sözügedən robot vasitəsilə kredit kartları ilə polis xidmətlərini ödəyə bilərlər.

Küçə və ticarət mərkəzlərində patrulluq edən "Robocop" müvafiq video çəkilişlərini təqdim etməklə qanun keşikçilərinə cinayətkarları tapmaqda kömək edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR