BVF Monqolustana yarımmilyarda yaxın vəsait ayırıb

BVF Monqolustana yarımmilyarda yaxın vəsait ayırıb
07:47 25 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) cümə axşamı Monqolustanda iqtisadi islahatlara 434,3 mln. dollar həcmində üçillik dəstək proqramını təsdiq edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" yazıb.
BVF hesab edir ki, Monqolustan iqtisadiyyatı xammal məhsulları qiymətlərinin kəskin düşməsi və ölkə üçün əsas olan ixrac bazarlarında artım tempinin zəifləməsi səbəbindən ciddi zərər çəkib. Ölkə hökuməti, öz növbəsində, iqtisadiyyatın bərpa olunması üçün proqram həyata keçirir.
Beləliklə, Monqolustanda islahatların maliyyələşdirilməsinə yönəldilən vəsaitin ümumi həcmi 5,5 milyard dollar təşkil edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bvf-monqolustana-yarimmilyarda-yaxin-vesait-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR