Avropanın ən gözəl MİLLİ PARKLARI - FOTOLAR

Avropanın ən gözəl MİLLİ PARKLARI - FOTOLAR
08:03 25 May 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada ən böyük bələdçi nəşriyyatı olan "Lonely Planet" Avropanın ən maraqlı milli parkları haqqında kitab nəşr edib. Kitabda Karpat dağlarından Dublin körfəzinə qədər ən maraqlı təbiəti olan 60 ərazi haqqında maraqlı faktlar qeyd olunub.

Publika.az sizə " Lonely Planet"in dərc etdiyi kitabda yer alan 14 park haqqında ən maraqlı məlumatları təqdim edir:

1. Saksoniya İsveçrəsi Saksoniyanın Çexiya ilə sərhədində yerləşir. Park 20-ci əsrin əvvəllərində yaradılmışdır. Yeri gəlmişkən, qonşu ölkədə bu parka oxşar Çex İsveçrəsi adlı milli park var.

2. Çinkve-Terre İtaliyanın Liquriya regionunda, Genuya körfəzinin sahilində beş kiçik qəsəbə və süni terraslardan ibarət maraqlı məkan. Bu region YUNESKO-nun ümumdünya mirası siyahısına salınaraq dünyanın ən maraqlı turizm yerlərindən biri hesab olunur.

3. İtaliyada yerləşən Dolomit Alpı dağ massivi. 2009-cu ildən YUNESKO-un ümumdünya mirası siyahısına salınıb. Cənubi Alp sisteminə daxildir. İtaliya YUNESKO-da qorunan obyektlərin sayına görə dünya üzrə birinci yerdədir. YUNESKO-nun ümumdünya mirası siyahısında İtaliyanın 51-ə yaxın ərazisi var.

4. İslandiyanın təbii obyektlərinin əksəriyyəti buzlaqlar və eyni adlı parklardır. Ölkədə ən böyük park Vatnayyokyudl adlanır. Ölkə ərazisinin təxminən səkkiz faizini əhatə edir. Burada həm də dəniz səviyyəsindən 2110 metr yuxarıda İslandiyanın ən yüksək zirvəsi olan Xvannadalsxnukyor yerləşir.

5. Tarix boyu Etna vulkanı təxminən 200 dəfə püskürüb. Sonuncu dəfə 27 fevral 2017-ci ildə oyanan vulkan o qədər güclü lavalar yaradır ki yerli hakimiyyət ətrafdakı əhalini təxliyyə etmək məcburiyyətində qalır. 1992-ci ildə qeydə alınan püskürmə az qala Dzafferana şəhərciyini məhv edəcəkdi.

6. Şpitsberqdə yeddi milli park. Norveçə aid böyük qoruq ərazisini təşkil edir. Norveçin Lonqir şəhərinin yaxınlığındakı adalarda Rusiyanın Barensburq qəsəbəsi var. Burada rus dili rəsmi dil hesab olunur və rus vətəndaşlar norveçlilərlə birlikdə yaşayır.

7. Şotlandiyanın şimal-şərqində yerləşən Kayrnqorms parkı 2011-ci ildə "National Geographic"-in versiyasına görə dünyada ziyarət olunması gərəkən 20 ən gözəl yerlərindən biri seçilib.

8. Daha bir Britaniya parkı Brekon-Bikons Uelsin cənub hissəsində yerləşir. Dörd dağ silsiləsindən ibarət park otlaq və qoyunlarla şəhərə gözəllik verir.

9. Kursk çöllüyü Rusiyanın "Lonely Planet" nəşrinin içərisinə daxil olan yeganə nasparkıdır. Ərazinin yarısı Litvaya aiddir. Rusiyaya aid hissəsində isə üç qəsəbə (Meşə, Balıqçı və Dəniz), Avropanın ən köhnə ornitoloji stansiyası olan "Frinqilla" qumlu təpələr və çimərliklər, "Rəqs edən meşə" və gözəl Ququşu gölü var.

10. Dortmur İngiltərənin cənub-qərbində Devon qraflığının ərazisində 954 kvadrat kilometrlik ərazidə yerləşir. Bura hündürlüyü 10-600 metr arasında olan yastı qranit təpələrdən ibarət bataqlıq yerdir. Burada Dortmurtun ən qədim poni növləri saxlanılır.

11. Plitviski gölü Karlovaçkanın Liçko-Senska ərazilərində yerləşir. Burada min illərlə dayanmadan axan Korana çayının suları bəndləri yararaq daşıb çöküntülər gətirərək müəyyən bariyerlər yaradıb. Bunun nəticəsində mənzərəli göllər, şəlalələr və mağaralar yaranıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/200074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR