Ukrayna üçün sosial şəbəkə yaradılır - Ukrainians

Ukrayna üçün sosial şəbəkə yaradılır - Ukrainians
08:05 25 May 2017
Ölkə mətbuatı
A- A+

Ukraynada Rusiya sosial şəbəkələrinin bloklanması fonunda Kanadanın "StartupSoft" şirkəti bu ölkə üçün "Ukrainians" adlanan sosial şəbəkə yaratmağı təklif edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  "Ukrainians"ın dəstəklənməsi üçün imza toplanır. Tərtibat işləri 50 min imza toplandıqdan sonra başlamalı idi, lakin artıq 66 mindən artıq imza toplanıb. "StartupSoft" bu iş üçün 30 proqramçı ayırıb, onlar ukraynalı mütəxəssis Aleksandr Strumçinski ilə birlikdə sosial şəbəkənin tanıdılması və inkişafı üçün çalışacaqlar. İdeyaya görə, "Ukrainians" "web", iOS və "Android" platformasında fəaliyyət göstərəcək.
 
"StartupSoft" şirkəti "Ukrainians" sosial şəbəkəsini cəmi 4 ay müddətinə yaratmağı söz verib.
 
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı əsasında ölkədə bir sıra Rusiya saytlarının, o cümlədən "VKontakte", "Odnoklassniki" sosial şəbəkələrinin bloklanması barədə fərman imzalayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR