360 min dollarlıq smartfon alıcılara helikopterlə göndəriləcək - FOTO

360 min dollarlıq smartfon alıcılara helikopterlə göndəriləcək - FOTO
08:42 25 May 2017
Ölkə mətbuatı
A- A+

"Vertu" şirkəti "Vertu Signature Cobra Limited Edition" mobil telefonunu təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu smartfon olduqca məhdud sayda - cəmi 8 ədəd buraxılacaq. Smartfonun qiyməti 360 min dollar təşkil edəcək.
 
Cihazlar Fransanın tanınmış "Boucheron" brendinin mütəxəssislərinin iştirakı ilə əl əməyi nəticəsində yığılır. Hər bir cihaz 439 ədəd yaqutla örtülüb, onlar kobranın bədənini bəzəyir. İlanın gözləri isə iki zümrüd daşıdır.
 
Bu cür bahalı məhsul təbii ki, adi kuryer xidməti ilə çatdırıla bilməz. Alıcılara smartfonlar helikopterlə göndəriləcək.
 
"Vertu Signature Cobra Limited Edition"un texniki xüsusiyyətlərinə gəldikdə isə, bu, gizli saxlanılır. Lakin bu tip cihazların alıcılarını korpusun içində nə olduğu çox nadir hallarda düşündürür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/547565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR