Azərbaycanın əməkdar artistinin səhhəti

Peşəkar aktrisa Naibə Allahverdiyevanın səhhətində yenidən problemlər meydana çıxıb.

Metbuat.az bildirir ki, bir müddət öncə səhhətində hər şey qaydasında olduğuna görə evinə buraxılan əməkdar artistin hətta ölüm xəbərləri də yayılıb. Lakin Metbuat.az-a danışan Naibə Allahverdiyeva hazırda müalicələrə davam etdyini açıqlayıb:

“Mediada ölüm xəbərlərimi yayanlar məni sevməyənlərdir. Səhhətim isə bir o qədər də yaxşı deyil. Müalicələr alıram. Bilirsiniz? Mən çox həssas insanam. Adi bir məsələni belə o qədər fikirləşirəm ki. Ona görə də, belə xəbərləri eşidəndə çox pis oluram”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR