Vyana sazişi uzadılacaq?

Vyana sazişi uzadılacaq?
09:05 25 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

OPEC-ə daxil olan və olmayan neft ölkələrinin nümayəndələri cümə axşamı Vyanada neft hasilatının azaldılmasına dair sazişin fəaliyyət müddətinin daha 9 ay - 1 aprel 2018-ci il tarixinə qədər uzadılması barədə tövsiyəni müzakirə edəcəklər.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla belə, neft hasilatının azaldılması həcminin olduğu kimi saxlanılması nəzərdə tutulur.
Müvafiq tövsiyəni mayın 24-də Sazişin İcrasının Monitorinqi üzrə Nazirlər Komitəsi qəbul edib. Bu komitə, həmçinin hasilatın azaldılması üzrə öhdəliklərin icra dərəcəsini də qiymətləndirib. Belə ki, OPEC-ə üzv olan və olmayan neft ölkələri tərəfindən hasilatın azaldılmasına dair sazişin yerinə yetirilməsi səviyyəsi aprel ayında 102 faiz təşkil edib.

Mill.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR