Avroliqanın qalibi müəyyənləşdi - VİDEO

Avroliqanın qalibi müəyyənləşdi -   VİDEO
09:47 25 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında 2016/17 mövsümü başa çatıb. Fanat.Az xəbər verir ki, final oyununda "Ayaks" və "Mançester Yunayted" qarşılaşıb.


İki qolun vurulduğu oyunda ingilislər qələbə qazanıb - 2:0. Qollara 18-ci dəqiqədə Paul Poqba, 48-ci dəqiqədə Henrix Mkıtaryan imza atıb.


Beləliklə, "Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub. Baş məşqçi Joze Mourinyo isə karyerası ərzində ikinci dəfə bu uğuru qazanıb. O, ilk dəfə 2003-cü ildə "Portu" ilə həmin vaxt UEFA Kuboku adlanan turnirin qalibi olmuşdu.


Qeyd edək ki, "Mançester Yunayted" bu uğurla Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıb.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avroliqann-qalibi-muyynldi-t58316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR