Sürücülərin DİQQƏTİNƏ: cərimələrdən dərhal xəbər tutun – VİDEO

Sürücülərin DİQQƏTİNƏ: cərimələrdən dərhal xəbər tutun – VİDEO
09:49 25 May 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

 

Sürücülər artıq avtomobillərinin bütün cərimələrindən anında xəbərdar ola, həmçinin, pulsuz hüquqi məsləhət ala bilir. Söhbət SMS Radar xidmətindən gedir. 

Lent.az-ın məlumatına görə, günün 24 saatı avtomobilin cərimələrindən anında xəbərdar olmaq çox asandır. 

 

Xidmətə qoşulma və istifadəsi:

 

Addım - 1

 

SMSRadar xidmətinə qoşulmaq istəyən mobil rabitə abonentləri cərimə məlumatlarını əldə etmək istədiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00XX000) SMS-lə 5666-a göndərir.

 

Addım - 2

 

SMSRadar xidmətinə məxsus qısa nömrədən gələn avtomatik cavab mesajının tələbi olaraq həmin avtomobilin texniki pasport nömrəsini (misal: AA000000) SMS-lə 5666-a göndərməlidir.

Eyni zamanda AppStore və Play market-də SMSRadar.az yazaraq mobil əlavəni yükləyə bilərsiniz. Smsradar vasitəsi ilə avtomobiliniz radara düşəndə və ya digər qayda pozuntusuna yol verəndə, həmçinin, qərarsız protokollar qərarlı olanda sizə sms, protokol ödəniləndə isə elektron qəbz göndərilir. 

 

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirir ki, ola bilsin, sürücünün evinə poçt vasitəsi ilə məktublar vaxtında gəlmir, yaxud da hardasa  hərəkətdə iştirak etmədiyinə görə, DYP əməkdaşları sürücünü saxlayıb məlumat vermirlər. Amma sadəcə SmsRadar xidmətinə qoşulmaqla öz mobil telefonunda SMS vasitəsilə cərimələr, onların faziləri haqqında vaxtında dəqiq məlumat almaq mümkündür. 

 

Bundan başqa sual-cavab bölməsində pulsuz hüquqi yardım göstərilir.

 

Ətraflı: http://SMSRadar.az

Telefon: *1771


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR