Azərbaycanda iki gün iş olmayacaq

Azərbaycanda 28 May - Respublika Günü ilə əlaqədar iki gün iş olmayacaq.

Respublika Günü münasibətilə mayın 28-i qeyri-iş günüdür. Lakin bu tarix həftənin bazar gününə təsadüf etdiyindən mayın 29-u da qeyri-iş günü olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ciil tarixli "Əmək Məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə bu bayramlar avtomatik olaraq növbəti iş günlərinə keçirilir.

Xəyalə Məmmədova / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR