Gəncədə 22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atıb öldürdü

Gəncədə 22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atıb öldürdü
10:01 25 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Gəncədə intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə mayın 24-də axşam saatlarında şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Şəhər sakini, 1995-ci il təvəllüdlü Yusifov Məcid Əhməd oğlu həmin ərazidə yerləşən 23 saylı beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damından özünü atıb. M.Yusifov hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2758922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR