"Moody's": Azərbaycan iqtisadiyyatı gələn il 1,8% artacaq

"Moody's": Azərbaycan iqtisadiyyatı gələn il 1,8% artacaq
10:02 25 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Bu il Azərbaycanda iqtisadi inkişaf tempinin mənfi 1%, gələn il isə müsbət 1,8% olacağı gözlənilir. "Report" xəbər verir ki, bunu "Moody's" reytinq agentliyinin MDB ölkələri üzrə bank analitiki Pyotr Paxin deyib.
P.Paxinin sözlərinə görə, Azərbaycan hökunəti sərt fiskal siyasəti yumşalda bilər: "Əgər neft 50 dollardan baha olarsa, hökumət sərt fiskal siyasəti yumşalda bilər. Bu da ÜDM-in artmasına kömək edəcək".
"Moody's" analitiki hökumətin bank sektoruna da ciddi yardım göstərdiyini qeyd edib: "2015-2016-cı illərdə hökumət ÜDM-in 18%-i həcmində bank sektoruna yardım edib. Əsas yardım da Azərbaycan Beynəlxalq Bankına edilib".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/moody-s-azerbaycan-iqtisadiyyati-gelen-il-1-8-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR