Türkiyə Rusiyanın bəzi məhsullarına məhdudiyyət tətbiq olunduğu barədə məlumatları təkzib edib

Türkiyə Rusiyanın bəzi məhsullarına məhdudiyyət tətbiq olunduğu barədə məlumatları təkzib edib
10:02 25 May 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ “Rusiya ilə ticarət əlaqələrinə heç bir məhdudiyyət tətbiq edilməyib”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin İqtisadiyyat Nazirliyindən bildiriblər.
Qeyd edək ki, mayın 24-də Türkiyənin Rusiya buğdasının idxalına, həmçinin rüsumsuz günəbaxan yağının tədarükünə yeni məhdudiyyətlər qoyduğu barədə məlumat yayılmışdı.
Türkiyə ixracatçıları bildirmişdi ki, bu təşəbbüs ölkənin İqtisadiyyat Nazirliyinə deyil, onlara məxsusdur. Onlar vəziyyətin dəyişə biləcəyini də vurğulayıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-rusiyanin-bezi-mehsullarina-mehdudiyyet-tetbiq-olundugu-barede-melumatlari-tekzib-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR