Samsung-dan Wind-Free™ kondisionerləri - "küləksiz" soyutmanın komfortu!

Samsung-dan Wind-Free™ kondisionerləri - "küləksiz" soyutmanın komfortu!
10:05 25 May 2017
Ölkə mətbuatı
A- A+

Kondisionerdən gələn soyuq hava kütləsinin üstünüzə vurduğu üçün boynunuzda yaranan kəskin ağrı hissi və xəstəlik səbəbindən yay aylarının sizdən xəbərsiz keçməsi kimi hallar çox güman ki, hər kəsə tanışdır. Lakin hər problemin bir həlli olduğu kimi, bu problemin də həllini Samsung şirkəti təqdim etdi. Las-Veqasda keçirilən, CES 2017 istehsalat elektrotexnikası sərgisində Samsung ilk divarüstü Wind-Free™ kondisionerini təqdim edib. Unikal Wind-Free™ soyutma texnologiyası, otağın daha effektiv soyudulmasını birbaşa soyuq hava axını diskomfortu yaratmadan təmin edir. Həmçinin bu texnologiya ilə işləyən kondisionerlər daha az elektrik enerjisi sərf edir.

Bundan sonra kondisionerin otağın hansı hissində yerləşdirilməsi, otağın bir hissəsinin deyil, bütün ərazisinin soyudulması və ən əsası isə yaxınlarınızın üstünə soyuq hava kütləsinin vurmaması kimi çətinliklər haqda düşünmək gərəkməyəcək. Yeni "üçbucaq" dizaynı sayəsində Samsung kondisioneri, daha böyük həcmdə hava toplayan enli hava qəbuledicisi ilə təchiz olunub. Çıxış dəliyinin optimal eni və bucağı, V-formalı istiqamətləndiricilər və əvvəlki modellərdən 22% daha böyük ventilyatorla təchiz olunması sayəsində bu kondisionerlər, otağın bütün sahəsinə effektiv yayılan sürətli soyutma gücünə malikdir.

Xəstələnməyəsiniz deyə, siz yatdıqdan sonra gizlicə kondisioneri söndürən qayğıkeş analar üçün Samsung-un şad xəbəri vardır. Yeni nəsil Samsung kondisionerləri 21 min mikroskopik dəlikdən soyudulmuş havanı otağa yayan, Wind-Free™ soyutma texnologiyası sayəsində komfortlu temperaturu saxlayaraq, otaqlarda ideal iqlimi təmin edir. İkipilləli sistem, əvvəlcə FastCoolingMode, sürətli soyutma rejimində havanı soyudur, arzu olunan temperatur dərəcəsinə çatdıqdan sonra isə avtomatik olaraq, uyğun temperaturu "hərəkətsiz axın"- la təmin edən Wind-Free™ rejiminə keçir. Wind-Free™ texnologiyasının iş prossesi ilə əyanı sürətdə Samsung-un rəsmi YouTube kanalında "TheWind-Free™* Experiment" adlı çarxa baxmaqla tanış ola bilərsiniz. Çarx, termo-kağızdan hazırlanmış balaca "dəyirmanlar" üzərində eksperimentdən bəhs edir.

Həmçinin, qeyd etmək lazımdır ki, bu cür "küləksiz" yanaşma nəinki rahatlığı artırır, həm də sürətli soyutma rejimi ilə müqayisədə elektrik enerjisinin istifadəsini 70% azaldır. Yeni POWERboost™ texnologiyalı 8-qütblü rəqəmsal Samsung invertorunun istifadəsi, burulma anının titrəyişini kiçildərək, ümumi enerji istifadəsini və kompressorun maksimal sayda dövriyyəyə sərf etdiyi vaxtı azaldır. Adi dildə desək, tələb olunan temperatura çataraq kondisioner "sönmür", əksinə uyğun temperaturu qoruyub saxlayaraq, komfortlu mühit yaradır. Çoxlu elektrik enerjisi tələb edən, sönmə-yanma dövriyyəsi baş vermədiyinə görə, siz enerji hesablarında qənaət edirsiniz.

Yeni Samsung kondisionerləri, mənim fikrimcə çox faydalı olan, uzaqdan idarə olunma üçün Wi-Fi modul ilə təchiz olunub. Yayın istisində shoppingdən sonra, ancaq kondisionerlə soyudulmuş evə gəlib çatmaq haqda fikirləşirik. Samsung Smart Homesmartfon əlavəsi ilə indi bu çox asandır. Bu əlavə, kondisioneri yandırıb/söndürməyə, temperaturu tənzimləməyə, ayarları dəyişməyə və real zamanda enerji sərfiyyatına nəzarət etməyə imkan yaradır. Həmçinin, Samsung Smart Home-dan internet vasitəsi ilə dünyanın istənilən nöqtəsindən kondisionerdə olan nasazlıqları da aradan qaldıra bilərsiniz.

Samsung kondisionerləri haqda əlavə məlumatı "BakuElectronics" mağazalar şəbəkəsindən ala bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/547945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR