"Moody's" Azərbaycan Beynəlxalq Bankının borcları ilə bağlı hesablamalara inanmır

"Moody's" Azərbaycan Beynəlxalq Bankının borcları ilə bağlı hesablamalara inanmır
10:17 25 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ "Ölkə hökumətin son illərdə Azərbaycan Beynəlxalq Bankına (ABB) yardım etməsindən sonra birdən-birə siyasətini dəyişərək borcları kreditorlarla öz arasında bölməsi bizim üçün sürpriz oldu". "Report" xəbər verir ki, bunu "Moody's" reytinq agentliyinin MDB ölkələri üzrə bank analitiki Pyotr Paxin deyib.
P.Paxin Azərbaycan Maliyyə Nazirliyinin ABB-nin borcları ilə bağlı hesablamalara inanmadığını deyib: "Mən artıq ABB və Maliyyə Nazirliyinin hesabatlarına inanmıram. Bu problemlər gözlədiklərimizdən də çox ola bilər". 
"ABB-nin sağlamlaşdırılması prosesi dövlət büdcəsinə daha çox ziyan gətirə, Azərbaycanın xarici layihələrinin maliyyələşdirilməsinə mane ola bilər", - deyə "Moody's" rəsmisi qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/moody-s-azerbaycan-beynelxalq-bankinin-borclari-ile-bagli-hesablamalara-inanmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR