"İslam Həmrəyliyi İli"nə həsr olunmuş çempionat keçiriləcək

"İslam Həmrəyliyi İli"nə həsr olunmuş çempionat keçiriləcək
10:36 25 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçiriləcək.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun təşkil edilən çempionatın keçirilməsində əsas məqsəd məktəblilərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək göstərmək, yüksək yaradıcılıq qabiliyyətinə, müxtəlif sahələrdə dərin biliklərə malik şagirdləri aşkarlamaq və onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsindən ibarətdir.

Mayın 27-də keçiriləcək regional çempionatda Bakı şəhərinin hər bir rayonundan 3 məktəb komandası olmaqla 36 komandanın iştirakı nəzərdə tutulub.

Regional məktəb çempionatı 3 turdan ibarət olacaq. Hər turda komandalara 12 sual olmaqla, ümumilikdə 36 sual veriləcək. Çempionatda 8-10-cu sinif şagirdləri iştirak edə bilər.

Qeyd edək ki, “İslam Həmrəyliyi ili”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatının qalib komandaları Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2758946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR