22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atdı - GƏNCƏDƏ

22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atdı - GƏNCƏDƏ
10:37 25 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə intihar hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 24-də axşam saatlarında şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Şəhər sakini, 1995-ci il təvəllüdlü Yusifov Məcid Əhməd oğlu həmin ərazidə yerləşən 23 saylı beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damından özünü atıb. M.Yusifov hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR