YPX avtomobili harada dayanmalıdır? - Təlimat üzrə cavab

YPX avtomobili harada dayanmalıdır? - Təlimat üzrə cavab
10:42 25 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Mənə tez-tez verilən suallardan biri budur: "Yol-patrul xidməti (YPX) avtomobili harada dayanmalıdır?" Bunun aydın cavabı Yol-patrul xidməti (YPX) haqqında Təlimatda əks olunub.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, Yol-patrul xidməti (YPX) haqqında Təlimatın 4.3-cü bəndində qeyd edilir: "Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır".

Qeyd edək ki, sürücülər tez-tez yol-patrul xidməti əməkdaşlarının qanunla müəyyən edilmiş yerlərdə dayanmamasından şikayət edirlər. Onların sözlərinə görə, YPX əməkdaşları yollarda ya gizlənərək,  ya da qanunla qadağan edilmiş yerlərdə durur və sürücüləri də avtomobili qadağan olunmuş yerlərdə saxlamağa məcbur edirlər.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR