Ramazan ayında nələrdən uzaq durmalısınız?

Böyük bir həyəcan və maraqla gözlədiyimiz Ramazan ayında nələr etməyimiz lazım olduğunu bilirik. Lakin nələr etmək olmaz - biz çox vaxt buna diqqət yetirmirik.

Metbuat.az sizə oruc tutarkən nələrdən uzaq durmanızı təqdim edir:

İftarda həddindən artıq yemək yemək. Həm səhhətə ziddir, həm də orucun məntiqinə. Oruclu insan ac dayanır ki, bir az nəfsi zəifləsin, ürəyi nurlansan, ruhu qüvvətlənsin!

Gündüz oruc tutub, axşam haram yollardan qazanılmış pullarla orucunu açmamalı

Xüsusilə orucluykən gözünə sahib çıxmalı, harama, namahrəmə baxmamalı

Qulağına da sahib olacaq, qulağı haram şey dinləməyəcək, harama qulaq asmayacaq

Əlinə və dilinə də sahib olacaq, alış-verməyə, ticarətinə diqqət yetirəcək; əli harama uzanmayacaq, dili haram söyləməyəcək (qeybət-dedi-qodu, yalan)

Ayağına da sahib olacaq, ayağı harama və pis məkanlara getməyəcək

Oruc tuturuq deyə aç qalınınca, insanın ruhi sabitliyi də bir az sarsıla bilər. Oruclu olan əsəbi olur. Əsəbi olunca sağa sola çatır, qışqırır. Siqaret alışqanlığı, narkomanı, oruclu olunca siqareti çəkmədiyi üçün bir əsəbilik basdırır; ətrafını qaynadır, vurur, qırır… Halbuki oruc səbir ibadətidir. Özünü tutacaqdı, belə şeylər etməyəcəkdi

Təravih namazını, çox rükət tez bitsin deyə sürətli bir şəkildə etməməli

Bəziləri sahura qalxmayıb “Mən dözə bilərəm, axşamdan yeyər yataram” deyirlər, sahura qalxmamaq da səhvdir, sahur sünnədir.

Evdə sahurdan sonra, imsak kəsildiyi zaman, dərhal səhər namazını edib təkrar yatağa girməməli. Hətta bəziləri oruc tutur amma namaz qılmır… Nə qəribə bir işdir! Namaz vərdişləri yoxsa belə, heç olmasa oruc vəsiləsiylə namazlarını etməli, özlərini namaza alışdırmalıdırlar.

Ramazanda ibadətlərin artırılması lazım olarkən, tam əksinə edilir və axşam namazı məsciddə camaatla qılınmır.

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR