Azərbaycanın voleybol millisi bu gün Almaniya yığması ilə qarşılaşacaq

Azərbaycanın voleybol millisi bu gün Almaniya yığması ilə qarşılaşacaq
11:12 25 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq. "Report"un məlumatına görə, Fransanın Lion şəhərində təşkil olunan A qrupunda II tur qarşılaşmasında rəqib Almaniya olacaq.
Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşü xorvatiyalı hakim Milan Raykoviç və onun rumıniyalı həmkarı Alin Mateyzer idarə edəcək.
İlk turda Almaniya Ukraynaya 3:0 hesabı ilə qalib gəldiyi halda, Azərbaycan millisi Türkiyəyə eyni hesabla uduzub.
Qeyd edək ki, reqlamentə əsasən yalnız qrup qalibi mərhələ adlayacaqlar. İkinci yerin sahibi isə "pley-off"da oynayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycanin-voleybol-millisi-bu-gun-almaniya-yigmasi-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR