Ordu Günü ilə Ramazan bayramı üst-üstə düşür - Qeyri-iş günlərinin sayı artırıldı

Ordu Günü ilə Ramazan bayramı üst-üstə düşür - Qeyri-iş günlərinin sayı artırıldı
11:17 25 May 2017
602 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iyun ayında dövlət səviyyəsində qeyd edilən iki bayramın təqvimdə eyni günə təsadüf etməsi ilə əlaqədar iş günlərində dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, iyunun 26-da və 27-də ölkədə Ramazan bayramı qeyd ediləcək və həmin günlər qeyri-iş günləri hesab ediləcək.

Lakin iyunun 26-sı həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olduğundan və həmin gün də qeyri-iş günü hesab edildiyindən təqvim üzrə iş günlərində dəyişiklik edilərək qeyri-iş günlərinin sayı artırılıb. Ramazan bayramının bir gününün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, iyunun 28-i də qeyri-iş günü olacaq. Beləliklə, iyunun 26, 27 və 28-i ölkədə qeyri-iş günü olacaq.

Həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə ardıcıl gəldiyindən ölkədə 5 günlük iş həftəsi ilə işləyənlər üçün 5 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 4 gün qeyri-iş günü olacaq.

Qeyd edək ki, 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar həmin gün də iş günü olmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR