Tümen vilayətinin qubernatoru: "Bakı nəqliyyat infrastrukturu ilə məni heyran etdi"

Tümen vilayətinin qubernatoru: "Bakı nəqliyyat infrastrukturu ilə məni heyran etdi"
11:22 25 May 2017
Ölkə mətbuatı
A- A+

Tümen. 25 may. REPORT.AZ/ "Bakıya səfər edərkən Azərbaycanda nəqliyyat infrastrukturu məsələsinə diqqətlə və məsuliyyətlə yanaşdıqları aydın olur".
"Report" xəbər verir ki, bunu Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev azərbaycanlı jurnalistlərlə görüşündə deyib.
"Region rəhbəri kimi mənim üçün nəqliyyat infrastrukturu həmişə ağrılı yer olub. Çünki bu gün şəhərin yollarına baxıb onun dünya standartlarına uyğun olub-olmadığını müəyyənləşdirirlər. Bakıda hava limanından hərəkətə başlayan kimi bu işə çox ciddi, məsuliyyətlə, diqqətlə yanaşdıqları görünür", - V.Yakuşev bildirib.
Vilayət rəhbərinin sözlərinə görə, şəhərin təhlükəsizliyi və abadlığı da onda yaxşı təəssürat oyadıb.
O, Bakıya çox turistin gəldiyini qeyd edib: "Turist axını, əlbəttə ki, iqtisadiyyat deməkdir. Çünki bütün infrastruktur, kiçik biznes, restoran, kafe, turizm agentlikləri işləyir. Bir sözlə, şəhər müasir, gözəl görünür, eyni zamanda, Şərq özəlliyini itirməyib".

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/tumen-vilayetinin-qubernatoru-baki-neqliyyat-infrastrukturu-ile-meni-heyran-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR