Lenin Moreno səlahiyyətlərinin icrasına başlayıb

Lenin Moreno səlahiyyətlərinin icrasına başlayıb
11:32 25 May 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Ekvadorun yeni prezidenti Lenin Moreno vəzifəsinin icrasına başlayıb.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, mayın 25-də yeni dövlət başçısının andiçmə mərasimi keçirilib.
İnformasiyaya əsasən, Lenin Moreno andiçmə mərasimindəki çıxışında solyönlü qüvvələrin və sələfinin siyasətini davam etdirəcəyini, milyonlarla iş yeri açacağını, güzəştli yaşayış yerlərinin tikintisi proqramını genişləndirəcəyini vəd edib.
Qeyd edək ki, aprelin 2-də Ekvadorda keçirilən prezident seçkisinin ikinci turunda "Ölkə Alyansı" solçu blokunun namizədi Lenin Moreno qalib gəlib.
O, səslərin 51, 05 faizini, onun rəqibi, sağ mərkəzçi "CREO" hərəkatının nümayəndəsi, keçmiş bankir Qilyermo Lasso səslərin 48,95 faizini toplayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/lenin-moreno-selahiyyetlerinin-icrasina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR