Azərbaycanlı nazir ifadə verdi, ölkədə kütləvi həbslər başladı

Azərbaycanlı nazir ifadə verdi, ölkədə kütləvi həbslər başladı
11:37 25 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna hüquq mühafizə orqanları korrupsiyaya qarşı genişmiqyaslı əməliyyata başlayıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın hərbi prokuroru Anatoli Matios söyləyib. O, əməliyyat zamanı həbs edilənlərin əksəriyyətinin keçmiş məmurlar olduğunu bildirib:

"Əməliyyat ölkənin 15 vilayətinda aparılıb. Əməliyyata 1700 polis, 500 prokuror cəlb edilib. Onlar 454 məkanda axtarış aparıblar. 23 keçmiş vəzifəli şəxs həbs olunub. Həbs edilənlərin hamısı vertolyotla Kiyevə çatdırılır".

Matios həbs edilən şəxslərin Ukraynaya 3,7 milyard dollar ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, hazırkı proseslər əməliyyatın ilk mərhələsidir:

"İkinci mərhələdə biz bu işə Baş Prokurorluq və Ukrayna Təhlükəsizlik Xidmətini də cəlb etmək istəyirik. Bu həbslər Ukrayna Dövlət Fiskal Xidmətinin eks-rəhbəri Roman Nəsirovun ifadəsi sayəsində mümkün olub".

Qeyd edək ki, Nəsirovun özü səlahiyyətlərindən sui-istifadədə və 76 milyon dollar pulun mənimsənilməsində günahlandırılır. O, milliyətcə azərbaycanlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/548144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR