Melaniyanı kazino ilə başdan çıxartmağa çalışdılar: “Trampı unut, burada...”

Melaniyanı kazino ilə başdan çıxartmağa çalışdılar: “Trampı unut, burada...”
11:38 25 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

“Inti de Ceukelaire" təxəllüslü məşhur Belçika hakeri ABŞ-ın birinci xanımı Melaniya Trampın elektron ünvanını tapıb və onu öz şəhərinə dəvət edib.

Publika.az xəbər verir ki, bu haqda “The Next Web” nəşri bildirib.

Nəşrin materialında qeyd edilir ki, haker yaşadığı Alst şəhər kommunasını Las-Veqasla müqayisə edərək məktubunda birinci xanımı ora çağırıb.

“Alst sizin xoşunuza gələcək! Xüsusi olaraq, burada zəngin insanlar, kazino və mehmanxanalar var. Donaldı unut, burada bizdə Dozzi var”, - haker şəhər meri Kristof Dieyzaya işarə edərək istehza ilə bildirib.

Haker Alstda böyük şəhər divarlarının mövcudluğunu yada salmağı da unutmayıb. Onun sözlərinə görə, divarlar şəhərin yerli sakinlərini “meksikalıların yerli analoqundan” - qonşu Dendermonde kommunasının sakinlərindən qoruyur.

O həmçinin Belçikada növbəti “Tramp-Tauer” tikməyi məsləhət görüb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR