Melaniya bu dəfə Donald Trampın əlindən tutdu - FOTO

Melaniya bu dəfə Donald Trampın əlindən tutdu - FOTO
11:42 25 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp İtaliyada rəsmi səfərdədir. Dünən o, xanımı Melaniya Tramp ilə Vatikana yollanaraq Roma Papası 1-ci Fransisklə görüşüb.

Milli.Az ABC-yə istinadən bildirir ki, görüşdən əvvəl Donald və Melaniya Tramplar Sikstin Kapellasında olublar.  Birləşmiş Ştatların prezidenti daha sonra xanımı, habelə qızı İvanka və kürəkəi Cared Kuşnerlə birlikdə Mikalencelonun əsəri qarşısında duraraq şəkil çəkdiriblər.

Qara krujevalı paltar geyinmiş Melaniya Tramp kilsədə başını bağlamışdı.

Ən maraqlı məqam isə onun əri D.Trampın əlindən tutması idi.

Belə ki, əvvəlcə İsrailin paytaxtı Təl-Əvivdəki Ben-Qurion hava limanında, sonra isə Romada təyyarədən düşərkən Donald Tramp xanımının əlindən tutmağa çalışsa da, əslən sloven olan Melaniya buna imkan verməmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/548103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR