Restoranda iki qardaşı güllələdilər

Türkiyədə restoranların birində baş verən silahlı qarşıdurma zamanı xəsarət alan 2 qardaşdan biri ölüb.

Metbuat.az bildirir ki, hadisə Çorumda qeydə alınıb. Sezgin S. ilə Adəm Ç. və böyük qardaşı Əhməd Ç. arasında hələlik bilinməyən səbəbdən mübahisə yaranıb. Bu zaman Sezgin S. odlu silahla hər iki qardaşa atəş açıb. Nəticədə sinəsindən güllə yarası alan Adəm Ç. yerindəcə ölüb. Digər yaralı isə xəstəxanaya aparılıb.

Polis hadisə yerindən qaçan şübhəlinin tutlması üzrə tədbirləri davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR