Putin Trampı necə ələ almaq istəyirdi? – ŞOK KƏŞFİYYAT SİRRİ

Putin Trampı necə ələ almaq istəyirdi? – ŞOK KƏŞFİYYAT SİRRİ
12:08 25 May 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

2016-cı ilin yayında Amerika xüsusi xidmət orqanları Rusiya ilə bağlı əhəmiyyətli məlumatlar toplayıblar.

Publika.az xəbər verir ki, bu haqda kəşfiyyat məlumatları ilə tanış olan 4 mənbə “The New York Times” nəşrinə bildiriblər.

Onlardan biri istefaya çıxan keçmiş məmurdur, digərləri isə hazırda işləyirlər.

Əldə olunan kəşfiyyat məlumatlarına görə, Rusiya xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşları və siyasətçiləri məsləhətçiləri vasitəsilə Donald Trampa təsir göstərmək yollarını müzakirə edirdilər. Xüsusi xidmət orqanlarının məlumatına görə, danışıqlarda xüsusi olaraq Manafort Pol (o zaman Trampın seçki qərargahının başçısı idi –red.) və gələcək prezidentin qısamüddətli milli təhlükəsizlik məsləhətçisi işləyən Maykl Flinndən söhbət gedirdi.

ABŞ kəşfiyyatı iddia edir ki, hər iki şəxs Rusiyanın rəsmi şəxsləri ilə vasitəli əlaqələrə malik idilər. Rusiyalılar da, öz növbəsində, əmin idilər ki, Trampın Rusiya haqqında fikrini formalaşdırmağa kömək etmək üçün seçkiqabağı kampaniyasının hər iki üzvündən istifadə edə bilərlər.

Nəşr yazıb ki, xüsusi xidmət orqanlarının topladığı informasiya kifayət qədər etibarlı hesab olunur. Məlumatlar Rusiya ilə ABŞ prezidentinin ehtimal edilən əlaqələri haqqında araşdırmaya başlayan Federal Təhqiqatlar Bürosuna (FTB) veriləcək.

Lakin Ağ Ev və FTB informasiyanı şərh etməkdən imtina ediblər. Manafort Pol və Mayklın nümayəndələri də həmçinin nəşrin sorğularına cavab verməyiblər.

Putinin “agenti” Trampla gizli danışıqlar aparıb – ŞOK İDDİA

aha əvvəl CNN telekanalı bildirib ki, Rusiya ABŞ-dakı seçkilərinə müdaxilə üçün Trampın məsləhətçilərindən istifadə edə bilərdi. Bu həftə isə Maykl Flinn prezident seçkilərinə Rusiyanın ehtimal edilən müdaxilənin araşdırılması çərçivəsində ifadə verməkdən imtina edib.

Ötən həftə isə mənbələrə istinadən “Röyters” agentliyi Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri olan Viktor Medvedçukun seçkiqabağı kampaniya zamanı Donald Trampın qərargahı ilə gizli danışıqlar apardığını yazıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR