Kriştianu Ronaldu vergidən yayındığına görə həbs oluna bilər

Kriştianu Ronaldu vergidən yayındığına görə həbs oluna bilər
12:17 25 May 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu vergidən yayındığı üçün 8 milyon avro məbləğində cərimələnə və 4 aylıq həbs cəzasına məhkum edilə bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, vergi qurumu portuqaliyalı hücumçunun 2011 - 2014-cü illər üzrə vergidən təxminən 8 milyon avro məbləğ yayındırdığına dair sübutların olduğunu hesab edir.
Məlumata görə, Ronaldu imic hüququndan əldə etdiyi pulları Vircin adalarındakı ofşor şirkətlər vasitəsilə vergidən gizlədib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kristianu-ronaldu-vergiden-yayindigina-gore-hebs-oluna-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR