Azərbaycanda bu xəstələrin sayı artır

Azərbaycanda bu xəstələrin sayı artır
13:22 25 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyada hər il qalxanabənzər vəz xəstələrin sayı 5% artır. Azərbaycanda da bu vəziyyət müşahidə edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Saleki Respublika Klinik Xəstəxanasında 25 may-Ümumdünya Qalxanabənzər Vəzi gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2017-ci ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkə üzrə ümumi qalxanabənzər vəzi xəstəlikləri ilə dispanser qeydiyyatına 16 986 nəfər götürülüb. Onlardan 3251 nəfəri diffuz ur, 2730 nəfəri düyünlü ur, 5443 nəfəri tireotoksikoz, 3363 hipotireoz, 1060 nəfər tireoditlər, 53 nəfəri isə qalxanabənzər vəzin yeni törəməsindən əziyyət çəkir.

B.Saleki qeyd edib ki, Azərbaycanda olan qalxanabənzər vəzi xəstəliyindən (zob) əziyyət çəkən xəstələrinin sayı statistik rəqəmlərdən qat-qat artıqdır. Bunlar da əsasən rayondan gələn və şəhər qeydiyyatı olmayanlardır: "Çox zaman xəstələr qeydiyyata düşməmək üçün müraciət etmirlər. Çox zaman onlar qonşular, tanış həkimlər və ya kiminsə tanışlığı ilə şəxsi klinikalar və ya şəxsi tanışların yanına gedirlər. Buna görə də ölkədə zob xəstələrinin sayı statistik rəqəmlərdən çoxdur".

B.Saleki əlavə edib ki, qalxanvari xəstəliklərin bir növü də funksiyasının hissəvi və ya daimi çatışmamazlığı nəticəsində meydana çıxması nəticəsində yaranan hipoteriozdu. Bu xəstəlik 99 % hallarda ömürlük olur və onun müalicəsi üçün yazılan dərman ömürlük qəbul edilməlidir. Belə xəstələr 3-6 aydan bir, ya da ən azı ildə 1 dəfə endokrinoloq müayinəsindən keçməli və hormonlar yoxlanılmalıdır:

"Hipoterioz adətən qadınlarda müşahidə olunur. Onlar hamilə olduğu zaman bəzi həkimlər bildirir ki, hamiləlik vaxtı dərman qəbul etməyin. Bu düzgün deyil. Hipoterioz olduqda hamiləlik zamanı qalxanabənzər vəzin hormonlarını mütəmadi olaraq qəbul edilməlidir. Bunu qəbul etməyəndə dölyanı sular bulanır, döl özü şişkin olur və belə bir döl anadan olduqda zehni cəhətdən geri qalmış uşaqlar anadan olur. Uşaqlarda müşahidə olunan anadangəlmə hipoterioz nadir xəstəliklər sırasındadır. Bu xəstəlik vaxtında müalicə və müayinə olunarsa, uşaq normal böyüyür, əks halda valideynlər hamiləlik zamanı düzgün müayinə aparılmadıqda 10 yaşlı uşağın zehni 4 yaşlı uşağın zehni kimi çalışır".

B.Saleki onu da bildirib ki, dünyada 665 milyondan artıq insan yod çatışmazlığı və zob xəstəliyindən əziyyət çəkir. 1 milyon yarım adam isə yod defisiti ilə qarşılaşmaq riski yaşayır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR