Türk klubundan iki transfer bombası

Türk klubundan iki transfer bombası
13:27 25 May 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Uğursuz mövsüm keçirən "Fənərbaxça" bu yay heyətinə bir neçə ulduz futbolçu qatacaq. Fanat.Az xəbər verir ki, artıq onlardan ikisinin kimliyi müəyyənləşib.


Bunlardan biri "Lion"da forma geyinən Matyu Valbuenadı. Fransa klubu ilə 2018-ci ilədək müqaviləsi olan futbolçu üçün "Fənərbaxça" transfer haqqı ödəmək istəmirdi. Artıq bu problem həll olunub. Belə ki, Valbuena klubun ona olan borclarından imtina edib və transferinə icazə verilməsini istəyib. Artıq "Lion" rəhbərliyi buna razılıq verib. Valbuena Türkiyədə ildə 3 milyon avro maaş alıb.


Onun Türkiyəni seçməsində əsas səbəblərdən biri vergi sistemidi. Belə ki, Fransada qazandığınıne 50-60 faizini vergi verən futbolçu bundan narazıdı. Türkiyədə isə vergi cəmi 15 faizdi və bunu da klub ödəyir.


"Lion"un prezidenti Jean-Mişel Aulas də transferi təsdiqləyib: "Fənərbaxça"nın təklif etdiyi, "Lion"un verə bilməyəcəyi məbləğ Valbuenanı cəzb etdi".


"Fənərbaxça"nın transferinə çalışdığı digər futbolçu Lukas Peres Martinesdi. "Arsenal"da heyətə düşə bilməyən ispan forvard türk klubu ilə böyük ölçüdə razılıq edib. Arsen Vengerin bir müddət əvvəl açıq şəkildə tənqid etdiyi 28 yaşlı futbolçunun "Arsenal"da qalmayacağı dəqiqdi. Şahırda iki klub arasında danışıqlar gedir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-klubundan-iki-transfer-bombas-t58321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR