59 yaşlı "əzələ yığını" bədənini bəzədi - FOTO

59 yaşlı "əzələ yığını" bədənini bəzədi - FOTO
13:32 25 May 2017
Ölkə mətbuatı
A- A+

"Mənə "əzələ yığını" deyirlər. Bunu eşidəndə gülürəm. Tatuaja gəldikdə isə... Sanki yenidən doğulmuşam, başqa insanam. Çox razıyam".

Milli.Az The Sun-a istinadən bildirir ki, İngiltərənin Mançester şəhərində yaşayan 59 yaşlı Rey Houton atletik bədən quruluşuna malikdir. Uşaqlıq illərində fitnesə pərəstiş etməyə başlamış Houton sonradan bodibildinqlə məşğul olub.

İndi də o, həftənin 4 günü məşq zalına yollanır, bodibildinqə saatlarla vaxt ayırır.

Bədənini örtən tatuaja gəldikdə isə, hər şey bir müddət əvvəl başlayıb.

Rey Houton vücudundakı 8 tatuajdan qurtulmaq, onları yeniləri ilə "örtmək" fikrinə düşmüşdü.

Tatu salonuna yollanan Rey arzusuna çatır, lakin...

"Orada fikrimi dəyişdim və qərara gəldim ki, bədənimi maori tatuları ilə örtüm. İndi nəticədən çox razıyam. Sanki, onillərlə cavanlanmışam", - Rey söyləyib.

Reyin vücudunun maori tatuları ilə örtülməsinə 5500 funt-sterlinq və 200 saat vaxt sərf olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR