Ekologiya və təbii sərvətlər naziri Cəlilabadda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Cəlilabadda vətəndaşları qəbul edib
13:32 25 May 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Cəlilabad rayonunda vətəndaşları qəbul edib. 
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşlar iştirak edib.
Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.





Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/ekologiya-ve-tebii-servetler-naziri-celilabadda-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR