"Neftçi"nin futbolçusu "Top-10"da

"Neftçi"nin futbolçusu "Top-10"da
13:37 25 May 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Ölkə xaricində çıxış edən ən məhsuldar çilili futbolçuların siyahısı tərtib edilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cədvəldə Azərbaycan Premyer Liqasında forma geyinən futbolçu da var.

"Neftçi"nin çilili oyunçusu İqnasio Errera ən yaxşılar arasına düşüb. Dövrələrarası fasilədə keçdiyi paytaxt klubunda 4 qol vuran legioner siyahıda 10-cu pilləni tutub. Bütün qollarını Premyer Liqada vuran İqnasio yarım mövsümə bu siyahıya düşməyi bacarıb.
 
"Top-10"a isə "Arsenal"ın çilili ulduzu Aleksis Sançes başçılıq edir. Onun hesabında 29 qol var. O, Premyer Liqada 24, kubokda 2, avrokuboklarda 3 dəfə fərqlənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR