FETÖ məsələsinə görə Türkiyənin hakim partiyasından çıxarılanların sayı açıqlanıb

FETÖ məsələsinə görə Türkiyənin hakim partiyasından çıxarılanların sayı açıqlanıb
13:42 25 May 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ “İyulun 15-də dövlət çevirlişinə cəhd hadisələrindən sonra Ədalət və İnkişaf Partiyasından 300 nəfər çıxarılıb”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkiaf Partiyasının (AKP) Qaziantepdən olan millət vəkili Şamil Təyyar “TGRT Haber”də yayımlanan “Neler Oluyor” verilişində bildirib.
Onun sözlərinə görə, partiyadan çıxarılanlar arasında əyalət məclisinin sədri, bələdiyyə sədri, bələdiyyə Məclis üzvü də var: “Bunlar deyilmir, açıqlanmır. Sanki hər şeyə göz yumulur. Bundan sonra da mübarizənin daha güclü şəkildə davam edəcəyini düşünürəm”.
Məlumata əsasən, həmin 300 nəfər Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/feto-meselesine-gore-turkiyenin-hakim-partiyasindan-cixarilanlarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR