Londonda səfirliklər hərbçilər tərəfindən mühafizə olunacaq

Londonda səfirliklər hərbçilər tərəfindən mühafizə olunacaq
14:12 25 May 2017
28 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən bütün xarici səfirliklər 7 gün ərzində hərbçilər tərəfindən mühafizə olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar bir neçə gün əvvəl Mançesterdə baş vermiş terror aktı ilə əlaqədar qəbul olunub.

London şəhər polisinin məlumatına görə, ölkə ərazisində təhlükə səviyyəsinin artması ilə əlaqədar polis tərəfindən mühafizə edilən obyektlərin, o cümlədən səfriliklərin təhlükəsizliyinin təmin edilməsinə hərbçilər cəlb olunacaq.

Hərbçilərin həmin obyektləri mühafizə etmələri müddəti 7 gündən sonra bir qədər də artırıla bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR