Metroda yeni xətlər istifadəyə verilir

Bakı metrosundan il ərzində 200 milyondan çox insan istifadə edir.

Metbuat.az xəbər verir ki, "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf planı"na görə, 2030-cu ilə qədər hazırda iki olan xətlərin sayı beşə, 25 stansiyanın sayı isə 76-ya çatdırılmalıdır. Həmin beş xətdən birincisinin - bənövşəyi xəttin açılışı olub. Bu xətt avtovağzaldan başlayır, şəhərində mərkəzindən keçməklə, Qaraçuxur qəsəbəsinə qədər ayrıca bir xətdir.

Xətlərin sayının artırılması isə yaranan sıxlığı aradan qaldırmağa yardım edəcək.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metrodakı sıxlıqdan danışıb:

“Maksimum intervalla işləyirik. Pik saatlarda sıxlıq olur. Yayda sərnişinlərin sayı ümümiyyətlə az olur. Sentyabrın 15-dən iyunun axırına qədər qış qrafiki davam edir. Əgər qış qrafikində sərnişinlərin günlük sayı təxminən 700 min nəfər olursa, yay qrafikində bu rəqəm 400-450 minə düşür. Ali məktəblər, orta məktəblər tətilə çıxır, rayonlara istirahətə gedirlər, ona görə də sərnişinlərin sayı azalır”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR