Oyuncaq silahla meydana girdi, 37 il cəza aldı

Oyuncaq silahla meydana girdi, 37 il cəza aldı
15:17 25 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrənin həvəskar səviyyəli 3-cü liqasında futbolçu 37 illik cəza alıb.


Fanat.Az xəbər verir ki, "Saint Sulpice" və "Bursins Rolle Perroy" arasında keçrilən matçın 35-ci dəqiqəsində meydan sahiblərinin 19 yaşlı futbolçusu kobudluğa meydandan qovulub.


Bu zaman əsəblərinə hakim ola bilməyən futbolçu gerçəyə oxşayan oyuncaq tapança ilə meydana dönərək hakimləri və rəqib futboluları qorxudub.


Olayla bağlı araşdırma aparan federasiya futbolçunun lisenziyasını ləbv edib və onu 37 il futboldan kənarlaşdırıb. "Bu tip insanların futbol oynamasını istəmirik" deyə federasiyadan verilən açıqlamada bildirilir.


Bu İsveçrədə federasiyalar tərəfindən verilən ən ağır cəza hesab olunur. 19 yaşlı futbolçu cəzasını başa vurduqdan sonra futbola dönmək istəsə, bu zaman 56 yaşı olacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-oyuncaq-silahla-meydana-girdi-37-il-cza-ald-t58323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR