Moskvada terror hazırlığında şübhəli bilinən İŞİD-in 4 üzvü tutulub

Moskvada terror hazırlığında şübhəli bilinən İŞİD-in 4 üzvü tutulub
15:17 25 May 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Moskvada nəqliyyat vasitələrində terror törətmək hazırlığında şübhəli bilinən 4 nəfər tutulub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi bildirib.
Onlar terrorçu İŞİD qruplaşmasının üzvləridir. Şübhəlilərdən biri Rusiya, 3-ü isə Orta Asiya dövlətlərinin vətəndaşlarıdır. Axtarış-əməliyyat tədbirləri nəticəsində onların yaşadığı mənzildən əldəqayırma bomba, odlu silah-sursat, qumbara, ekstremist və terrorçuluq yönündə ədəbiyyat, video-yazılar aşkarlanaraq götürülüb.
Onların fəaliyyətinə Suriyadan rəhbərlik edilib. Şübhəlilər terroru törətdikdən sonra döyüşlərə qatılmaq üçün Suriyaya gedəcəkmiş. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskvada-terror-hazirliginda-subheli-bilinen-i-si-d-in-4-uzvu-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR