Bakıda istiqrazların sığortalanması məsələsi müzakirə olunub

Bakıda istiqrazların sığortalanması məsələsi müzakirə olunub
15:22 25 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) təşəbbüsü və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) dəstəyi ilə ASA-nın ofisində BFB ilə sığortaçılar arasında görüş təşkil olunub.
"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, görüşdə 20-ə yaxın sığorta şirkətinin nümayəndələri, investisiya şirkətləri, sığorta və maliyyə sahəsi ilə əlaqəli olan digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Görüş zamanı BFB-nin fəaliyyəti barəsində geniş təqdimat olunub, sığorta şirkətlərinin investor qismində kapital bazarlarında iştirakı və bu istiqamətdə yaranan suallar, investisiyaların və istiqrazların sığortalaması kimi mövzular ətrafında müzakirələr aparılıb, bazar iştirakçılarının bu sahədə mövqeləri səslənib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bakida-istiqrazlarin-sigortalanmasi-meselesi-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR