Paris terroruna kəskin reaksiyalar

Paris terroruna kəskin reaksiyalar
09:01 8 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə “Şarli Ebdo” jurnalının nəşriyyat binasına edilən terror hücümu bütün dünya liderləri tərəfindən tənqid olunub. Minlərlə insan ötən gün axşam saatlarında jurnalın rəhbərliyinə dəstəklərini nümayiş etdimək üçün Respublika meydanında toplaşıb.

Dünən naməlum 3 silahlı İŞİD qruplaşmasının lideri Əbubəkr əl Bağdadinin karikaturasını dərc edən “Şarli Ebdo” jurnalının nəşriyyat binasına daxil olaraq 8-i jurnalisit olmaqla 12 nəfəri öldürmüşdülər. Öldürülənlər arasında jurnalın baş redaktoru da var. Silahlılar daha sonra binanın yaxınlığında polislə qarşıdurmalar zamanı 2 polisi öldürüblər. Hücum zamanı 4-ü ağır olmaqla 11 nəfər isə, yaralanıb.

İlkin təhqiqatlar zamanı hücumda 12 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, artıq terrorçuların şəxsiyyətini müəyyən etmək mümkün olub. Onlardan ikisi Fransa vətəndaşı olan - Səid Kuaşi və Şərif Kuaşi qardaşlarıdır. Hər ikisinin 30 yaşı var. 3-cü şəxs isə, 18 yaşlı Amid Muraddır. Onun milliyəti isə, hələlik məlum deyil. Hər üçünün Yəmən mücahidləri şəbəkəsinə üzv olduğu bildirilir. Şübhəlilərdən Şərif Kuaşi 2008-ci ildə törətdiyi terror hücumuna görə əvvəllər həbsdə olub.

Fransa prezidenti hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

“Onlar milli qəhrəmanlardır. Ona görə də, ülkədə milli matəm elan etmək qərarına gəldim. Bu gğn, əslində, bütün Fransa respublikası hücuma məruz qalıb. Bizim ən güclü silahımız bir olmağımızdadır. Azadlıq həmişə barbarlıqdan güclü olacaq. Gəlin bir olaq. Yaşasın respublika, yaşasın Fransa”.

Almaniya kansleri hadisəni “söz azadlığına hücum” adlandırıb. Avropa Parlamentinin sədri Martin Şulç hadisəni hücumun sərt şəkildə tənqid edib.

“Avropa Parlamenti adından hadisəyə görə təəssüfümü bildirirəm. Bu insanlar Avropa cəmiyyətinin dəyərlərini şübhə altında qoya bilməzlər. Qarışılıqlı hörmət və ifadə azadlığı heç bir zaman müzakirə olunmur”

Devid Kemeron: “Bilirəm ki, bizim parlament istənilən növ terror aktına qarşı mübarizədə Fransa xalqının yanındadır. Biz söz və ifadə azadlığı tərəfdarıyıq və bu insanlar həmin dəyərlərin əlimizdən alınmasına nail ola bilməyəcəklər”

Ban Ki Mun: “Bu hücumu törədənlərə heç bir halda bəraət qazandırmaq mümkün deyil. Bu, soyuqqanlı şəkildə törədilmiş ədalətsiz bir hücumdur. Bu, demokratiyaya, azad mediyaya qarşı edilmiş bir hücumdur”

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama silahlıların reaksiyaya hücumunu qorxaqca edilmiş bir hücum kimi şərh edib.

Barak Obama: “Düşünürəm ki, hər kəs bizim Fransa ilə əzəli dost olduğumuzu qəbul edər. Onlar bizim ən güclü müttəfiqlərmizdən biridir. 11 sentyabr hadisələrindən sonra Fransa terrorizmlə mübarizədə həmişə bizim yanımızda olub. Bu terror aktı bizim Fransa ilə bir daha bu mübarizədə həmrəy olmağımızın əhəmiyyətini göstərir. Bir şeydən əminəm ki, bir qrup şüursuz insanın törətdiyi zorakılıqlar söz və ifadə azadlığına olan beynəlxalq inamı öldürə, azad fikir mübarizələrini susdura bilməyəcək”

Türkiyənin baş naziri Əhməd Davudoğlu hücumla əlaqədar reaksiyasında terrorizmlə İslam dininin yanaşı səsləndirilməsini tənqid edib.

Əhməd Davudoğlu: “Bu hücumu şiddətlə təndiq edirik. Bu hücumun gərginliyə səbəb olmaması üçün əlimizdən gələni etməliyik. Hücumun İslam dini ilə heç bir əlaqəsi qurula bilməz. İslam dini bu cür hücumlara təhrik etmir. Bu cür fəaliyyətlərin dinimizlə əlaqələndirilməsi yalnışdır”

Qərb dünyası ilə yanaşı, Səudiyyə Ərəbistanında da terror hücumları ölkə rəhbərləri tərəfindən təndiq olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR