Moskvada qanlı hücumlar planlaşdıran İŞİD üzvləri tutuldu

Moskvada qanlı hücumlar planlaşdıran İŞİD üzvləri tutuldu
15:43 25 May 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada nəqliyyatda terror aktları hazırlayan İŞİD terror qruplaşmasının üzvləri saxlanılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Federal Təhlükəsizlik Xidmətinin (FTX) ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Məlumata görə, təhlükəsizlik əməkdaşları axtarışlar zamanı partlayıcı maddələrin istehsal edildiyi laboratoriyanı aşkar ediblər. Bundan başqa, saxlanılan İŞİD terrorçularından küstar üsulla hazırlanmış bomba, partlayıcı qurğunun istehsalı üçün komponentlər, həmçinin odlu silah, döyüş sursatları, ekstremist ədəbiyyat və terror məzmunlu videoyazılar götürülüb.

FTX-dən bildiriblər ki, şübhəli şəxslərin hərəkətləri Suriya ərazisindən idarə olunurdu.

“Terrorçular diversiya-terror aktlarının təşkilindən sonra İŞİD-in tərkibində döyüş əməliyyatlarında iştirak etmək üçün Suriyaya getməyi planlaşdırırdılar”, - xüsusi xidmət orqanının xəbərində deyilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR