Türkiyə prezidenti Avropa İttifaqının rəhbərləri ilə görüşüb

Türkiyə prezidenti Avropa İttifaqının rəhbərləri ilə görüşüb
16:57 25 May 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşüb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş Avropa İttifaqı Şurasının yeni binasında keçirilib.
Bir saat davam edən görüş KİV üçün qapalı şəratidə baş tutub. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Bundan başqa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa parlamentinin sədri Antonio Tajani ilə də görüşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-avropa-i-ttifaqinin-rehberleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR