Bərdədə 11 yaşlı uşaq zibillikdən pul qazanır - VİDEO - FOTO

Bərdədə 11 yaşlı uşaq zibillikdən pul qazanır - VİDEO - FOTO
17:05 25 May 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

11 yaşlı Orxan Allahverdiyev hər gün dərsdən sonra poliqona gedərək metal yığıb-satmaqla ailəsinə yardım edir.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, azyaşlının gündəlik qazancı 2-5 manat arasında dəyişir.

Orxan Allahverdiyev - azyaşlı: "Yığıb satıram, evə çörək aparıram. Ancaq mis, aliminium, latun, sink".

Belə ki, poliqonun ümumi mənzərəsi və üfunət iyi sağlamlıq üçün nə qədər təhlükəli olsa da, bu vəziyyət dolanışığını buradan təmin edənləri gündəlik işlərindən çəkindirmir.

Hər gün yandırılan tullantıların ətrafa yayılan tüstüsü və heyvanların yaşayış evlərinin həyətinə girməsi sakinləri də ciddi narahat edir.

Habil Süleymanov - sakin: "Evdən çölə çıxa bilmirik, adam boğulur. Bu donuzlar da bizi narahat edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR